Çempionlar Liqasının pley-off mərhələsinin topu təqdim olunub. Sport24.az xəbər verir ki, həlledici mərhələlər üçün hazırlanan topu UEFA və "Adidas" təqdim ediblər.

 

"UCL Pro Ball London" modeli 1/8, 1/4 final, yarımfinal və Londondakı "Uembli" stadionunda baş tutacaq final matçında istifadə olunacaq. Həlledici görüş iyunun 1-də keçiriləcək.

 

Qeyd edək ki, topun üzərində Böyük Britaniyanın mədəniyyəti və tarixini, həmçinin cəsurluq, güc və böyüklüyü təcəssüm edən nərə çəkən iki şirin təsviri əks olunub. Top "Adidas"ın müxtəlif texnologiyaları ilə təchiz edilib.