"Uiqan"ın 22 yaşlı ingilis futbolçusu Ceyms Karrager Malta vətəndaşlığını alıb və bu ölkənin millisinin şərəfini qoruyacaq. Sport24.az xəbər verir ki, bu barədə "Times of Malta" məlumat yayıb.

 

İngiltərənin və "Liverpul"un əfsanəvi futbolçusu Ceymi Karragerin oğlu Maltadan olan babasının sayəsində bu ölkənin pasportuna yiyələnib.

 

Kiçik Carragher "Liverpul"Futbol Akademiyasının yetirməsidir. Futbolçu İngiltərə gənclər komandasına namizəd olsa da, yığmadan təklif almayıb.

 

Malta Futbol Assosiasiyası artıq Ceyms Karragerin Malta millisində oynamağa ilkin razılığını verdiyini təsdiqləyib.