Kriştiano Ronaldo 2025-ci ildə ən çox qazanan idmançı olub. Sport24.az xəbər verir ki, bu barədə "Sportico" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 40 yaşlı futbolçu ötən il 260 milyon dollar qazanıb. Bu məbləğin 200 milyon dolları "Əl-Nəsr"dəki maaşından, qalan 60 milyon dolları isə sponsorluqdan və digər meydandankənar fəaliyyətdən gəlib.

 

İkinci yeri rinqdə 125 milyon dollar və əlavə 12 milyon dolları reklamlardan qazanan boksçu Saul Alvares tutub.

 

İlk "üçlüyü"ü 130 milyon dollar qazanan Lionel Messi tamamlayıb. Bunun 60 milyon dolları "İnter Mayami"dəki maaşından, 70 milyon dolları isə sponsorluqdan gəlib.

 

İlk "onluq"da həmçinin bu idmançılar yer alıb: Juan Soto ("Mets"in beysbolçusu – 129.2), Lebron Ceyms ("Leykers"in basketbolçusu – 128.7), Kərim Benzema ("Əl-İttihad"ın futbolçusu – 115), Stefen Karri (Qolden Steyt"tin basketbolçuu – 105.4), Sexey Otani ("Dodjers"in beysbolçusu – 102.5), Kevin Dürant ("Hyuston"un basketbolçusu – 100.8) və Jon Ram (qolfçu – 100.7).

 

Qeyd edək ki, ilk "100"lüyə heç bir qadın idmançı daxil ola bilməyib.