Şənbə günü İngiltərənin U-21-i gənclər arasında Avropa çempionatının qalibi olub. Sport24.az xəbər verir ki, final oyununda Almaniya yığması ilə qarşılaşan ingilislər əlavə vaxtda rəqibin müqavimətini qırıb - 3:2.
İngiltərə millisinin yarımmüdafiəçisi Harvi Elliott 21 yaşadək futbolçular arasında 2025-ci il Avropa çempionatının ən yaxşı oyunçusu seçilib. "Liverpul"un futbolçusu turnirdə 6 matçda meydana çıxıb və biri finalda olmaqla 5 qol vurub.