"Real" və "Liverpul" arasında mümkün oyunçu dəyişikliyi baş verə bilər. Sport24.az xəbər verir ki, İngiltərə klubu Madriddən braziliyalı vinger Rodriqonu transfer etmək üçün qarşı tərəfə İbrahima Konateni və əlavə olaraq 35 milyon avro təklif etməyə hazırdır.

 

Fransalı müdafiəçi uzun müddətdir "Real"ın maraq dairəsindədir – futbolçu özü də "Santyaqo Bernabeu"da oynamaq arzusunu açıqlayıb. "Liverpul" müqaviləsi 2026-cı ildə başa çatacaq Konateni ödənişsiz itirmək istəmir – bu, daha əvvəl Trent Aleksander-Arnoldun gedişində baş verib.

 

"ESPN Brasil"in məlumatına görə, "Liverpul" Rodriqo ilə danışıqlara başlayıb. Klublararası dünya çempionatında inamsız çıxışından sonra braziliyalı oyunçu DÇ-2026 ərəfəsində milli komandadakı yerini itirməkdən ehtiyat edir və iddialara görə, daha çox oyun təcrübəsinə malik olmaq üçün transferə açıqdır.