"Mançester Yunayted" "Brentford"da çıxış edən Brian Mbyomanı transfer etmək istəyir. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" London klubuna 75 milyon avroluq rəsmi təklif göndərib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

 

"Mançester Yunayted" kamerunlu vingerlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klubu 25 yaşlı oyunçu üçün gələn təklifə hələ ki cavab verməyib.

 

Qeyd edək ki, Brian Mbyoma ötən mövsüm "Brentford"un heyətində meydana çıxdığı 42 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.