3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının Avropa Kubokundakı rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, sentyabrın 5-7-də Danimarkanın Kopenhagen şəhərində keçiriləcək yarışda millimiz B qrupunda yer alıb.

 

Komandamız Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. Qızlarımızın qrupda ilk oyunu sentyabrın 5-də saat 13:55-də Fransa, ikinci görüşünü isə saat 20:25-də Ukrayna yığmalarına qarşı keçirəcək.