"Qarabağ" yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb. Sport24.az xəbər verir ki, Zaqrebin "Dinamo" klubu ilə uzun sürən danışıqlar uğurla nəticələnib.
Futbolçu Azərbaycan klubunda icarə əsasında forma geyinəcək.
İcarə müqaviləsi 1 illik nəzərdə tutulub. Müdafiəçi "Qarabağ"da 3 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2014-cü ildə Belçikanın "Standard" klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi "Maastrixt"in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın "Sent-Truden", 2021-24-cü illərdə Macarıstanın "Ferensvaroş" klubunda çıxış edən müdafiəçi ötən il "Dinamo"ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda "Dinamo"nun heyətində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Qarabağ" bunadək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.