"Liverpul" "Çelsi"nin mərkəz müdafiəçisi Levi Kolvillə maraqlanır. Sport24.az "Football Insider"ə istinadən xəbər verir ki, "mersisaydlılar" Yurgen Kloppun dönəmindən bəri oyunçunu "rənglərinə bağlamağa" çalışır.

 

Mənbənin sözlərinə görə, "Liverpul" oyunçunun indiki vəziyyətindən yararlana bilər. Kolvilin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Lakin "Çelsi" müdafiəçinin yaydan əvvəl yeni müqavilə imzalamasını istəyir. O, isə hələlik bu addımı atmağa tələsmir.

 

Qeyd edək ki, Kolvil bu mövsüm bütün tunirlərdə dörd dəfə meydana çıxıb. "Transfermarkt"ın verdiyi məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.