Leverkuzen "Bayer"inin müdafiəçisi Jeremi Frimponq yaxın günlərdə "Liverpul"un oyunçusu olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızılar" 24 yaşlı futbolçuya görə almanlara 35 milyon avro təzminat ödəyəcək. Jeremi ilə isə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Niderland millisinin də formasını geyinən müdafiəçi 2021-ci ilin yanvarından "Bayer"də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 5 qol vurub və 12 məhsuldar ötürmə edib.