"Zirə"nin 2024-cü il üçün büdcəsi bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.

 

Klubun ötən il üçün ümumi gəlirləri 10 milyon 968 min 897 manat təşkil edib.

 

Bunun 6 milyon 233 min 897 manatı əsas fəaliyyət gəliri, 4 milyon 735 min manatı sair gəlirlər olub.

 

Oyunçuların əmək haqlarına 4 milyon 83 min 454 manat, inzibatı və digər işçilərin əmək haqlarına 1 milyon 137 min 363 manat ayrılıb.

 

Qeyd edək ki, "Zirə" bu mövsüm ötən il olduğu kimi, Misli Premyer Liqasında 2-ci yeri təmin edərək Avropa kuboklarına vəsiqə qazanıb.