"Real"ın 39 yaşlı xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Madrid klubunda çıxışını davam etdirmək istəyir. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu müqaviləsini uzatmaq üçün maaşını da azaltmağa hazırdır.
Mənbənin sözlərinə görə, Modriçin "Real"dakı gələcəyi yaxın günlərdə müəyyənləşəcək. O, gələcək karyerasını müzakirə etmək üçün klub prezidenti Florentino Pereslə görüşü gözləyir.
Qeyd edək ki, Modriç bu mövsüm bütün turnirlərdə 55 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.