Britaniyalı veteran futbolçu Devid Bekhem Milli Hokkey Liqasının yeni bombardiri "Vaşinqton Kapitals"ın rusiyalı hücumçusu Aleksandr Oveçkinə hədiyyə verib. Sport24.az xəbər verir ki, bu barədə Oveçkinin həyat yoldaşı Anastasiya Şubskaya sosial şəbəkə hesabında paylaşım edib.
Hokkeyçinin şərəfinə britaniyalı ona avtoqrafı və üzərinə "895 qol vurmağınız münasibəti ilə sizi çox təbrik edirəm" yazılmış qar kimi ağ butsı hədiyyə edib.
Qeyd edək ki, Oveçkin uzun illər Milli HokkeyLiqasında Ueyn Qretskiyə məxsus rekordu yeniləyib.