"Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin de Bruyne açıqlama verib. Sport24.az xəbər verir ki, o, hələ qərarını vermədiyini deyib:

 

"Premyer Liqada qalıb-qalmayacağımı bilmirəm. Ailəm və uşaqlarım var. Hər kəs üçün uyğun qərar verməliyəm. 20 yaşında qərar vermək asandır, indi isə vəziyyət daha qarışıqdır".

 

Kevin bu mövsüm 38 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.