Reqbi üzrə Azərbaycanın U12 yığma komandası Bosniya və Herseqovinanın Zenica şəhərində baş tutan beynəlxalq turnirdə iştirak edib. Sport24.az xəbər verir ki, milimiz yarışı 3-cü pillədə başa vurub.

 

Komandamız keçirdiyi dörd oyunun ikisində qalib, gəlib ikisində uduzub. Turnirin qalibi meydan sahibləri Bosniya və Herseqovina reqbiçiləri olublar, ikinci yeri isə Xorvatiya komandası əldə edib.

 

Bundan əlavə yarışda Monteneqro və İtaliya komandaları da mübarizə aparıblar.

 

Yığmamızın nəticələri

 

Azərbaycan - Bosniya və Herseqovina - 0:15

Azərbaycan - Xorvatiya - 0:10

Azərbaycan - Serbiya - 10:5

Azərbaycan - Sloveniya - 15:0