Misli Premyer Liqasının XXXV turunun "Sumqayıt" – "Turan Tovuz" oyunundan (0:1) sonra meydan sahibi komandanın məşqçisi Vurğun Hüseynov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

 

– Özümüzü hələ məşqçi hesab etmirik. Çünki bunu desək, illərdir məşqçilik edənlərə hörmətsizlik olar. Vüqar Mustafayev karyerasını bitirdi, onu təbrik edirəm. Ən yaxşılarını ona arzu edirəm. Futbolçular sağ olsun, çıxıb oynadılar. Demək olar, heç nə etməmişik. Yaxşı nəticə ilə azarkeşlərə hədiyyə etmək istəyirdilər.

 

– Məşqçi olmağı istəyərsiniz?

– Bu, elə sahədir ki, tam fərqlidir. Çox çətindir. Futbol oynamağa nə var ki… Məşqçilikdə bütün kollektivə cavabdeh olmalısan. Buna böyük təcrübə lazımdır. Gecə-gündüz çalışmalısan. Gələcəkdə qismət olarsa, nə yaxşı. Olmazsa da, başqa sahəyə yönələcəyik.

 

– Vaqif Cavadovun gedişi komandaya necə təsir etdi?

– Vaqifə uğurlar arzu edirəm. Məşqçilik belədir. Bir gün varsan, bir gün yox. Futbolçular peşəkardır. Onlar üzərlərinə düşəni etdi – meydana çıxıb oynadılar.

Şahin Cəfərov