Liqa-1-də mübarizə aparan "Monpelye" baş məşqçisi Jan-Lui Qasse ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
71 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, ötən ilin oktyabrından komandaya rəhbərlik edirdi.
Qeyd edək ki, "Monpelye" Liqa 1-də ardıcıl 9 matçda uduzub. Komanda hazırda 15 xalla turnir cədvəlinin sonuncu pilləsində Qərarlaşıb.