MLS-in pley-off mərhələsi çərçivəsində "Neşvill"ə qarşı oyundan əvvəl mövsümün bombardiri kimi "İnter Mayami"nin hücumçusu Lionel Messiyə "Qızıl buts" mükafatı təqdim olunub. Sport24.az xəbər verir ki, 38 yaşlı argentinalı 28 matçda müntəzəm 29 qol vurub.
Ən sərrast futbolçular siyahısında 24 qolla Denis Buanga (Los-Anceles) və Sem Serric yer alıb.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır. Bu müddətdə hücumçu bütün turnirlərdə 82 oyunda meydana çıxıb, 71 qol vurub və 37 məhsuldar ötürmə edib.