"İnter"in hücumçusu Lautaro Martinez Çempionlar Liqasının yarımfinalın cavab oyununda "Barselona" üzərində çətin qələbədən (4:3) sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, argentinalı futbolçu bununla bağlı "Marca"ya açıqlama verib:
"Çox xoşbəxtəm və görülən işdən razıyam. Bütün komanda yoldaşlarımla fəxr edirəm. Oynamağa hazır deyildim... Bu matçda oynamağımı istəməyən anama salam deyirəm. Bugünkü kimi anlar mənim ən çox sevdiyim şeydir. Onlar bütün səylərə dəyərdi. Ayağım 60 dəqiqə dözdü, bir az ağrıyır, amma sağalmağa vaxtı olacaq.
Çox istedadlı, inanılmaz oyunçuları olan rəqiblə qarşılaşdıq. Bizim öz xarakterimiz, oyun üslubumuz var. Qürur ilk və istifadə edə biləcəyim yeganə sözdür. Biz əla iş gördük".
Qeyd edək ki, "İnter" həlledici qarşılaşmada PSJ – "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.