"Barselona"nın vingeri Lamin Yamal karyerasını İngiltərə çempionatında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, "Mançester Siti" futbolçunun xidmətində maraqlıdır və transfer üçün Kataloniya təmsilçisinə 275 milyon avro təklif edib.

 

Keçid reallaşacağı təqdirdə futbol tarixinin ən bahalı transferi ola bilər.

 

Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, 14 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.