Cari mövsümdə La Liqanı tərk edəcək ilk klubun adı müəyyənləşib. Sport24.az xəbər verir ki, İspaniya çempionatının 33-cü turunda səfərdə "Betis"ə 1:5 hesabı ilə uduzan "Valyadolid"in 2025/26 "futbol ilin"də Sequndada mübarizə aparacağı rəsmiləşib.

 

Sona 5 tur qalmış braziliyalı Ronaldonun prezidenti olduğu komanda ilə 17 pillədə qərarlaşan "Alaves" arasında xal fərqi 18-dir.

 

Qeyd edək ki,  "Valyadolid" La Liqada keçirdiyi son 14 matçda bir xal toplayıb və sonuncu dəfə yanvarda qələbə qazanıb.