İtaliya A seriyasının 34-cü turunda bu gün keçirilməli olan "Atalanta" – "Leççe" oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, buna səbəb "Leççe"nin həkimi Qratsiano Fioritanın ölümüdür.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matç aprelin 27-də keçiriləcək.
Qeyd edək ki, 47 yaşlı Qratsiano ötən gün otağında ölü tapılıb.