Harri Keyn İngiltərəyə qayıtmaq istəsə "Bavariya" buna mane olmayacaq. Sport24.az xəbər verir ki, bu barədə "GOAL" məlumat yayıb.

 

Son günlər mətbuatda 31 yaşlı futbolçunun gələn yay yenidən İngiltərəyə qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Almaniya nəhəngi hər nə qədər forvardı itirmək istəməsə Çempionlar Liqasında "İnter"lə matçda çıxışından sonra gələcəyi ilə bağlı müzakirələr başlayıb.

 

Keynin müqaviləsində 2026-cı ildə Münhen təmsilçisindən ayrıla biləcəyi ilə bağlı bənd var.

 

Qeyd edək ki, hücumçu cari mövsümdə Almaniya çempionatında 28 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib. Keyn "Bavariya"ya 2023-cü ildə "Tottenhem" klubundan keçib.