Bu gün Azərnbaycan 1-ci liqasında 23-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, son gündə 3 matç keçiriləcək.

 

 

3-cü yerdəki "Karvan" 8-ci pillədəki "Cəbrayıl"ı qəbul edəcək. 2-ci sıradakı "İmişli" 4-cü yerdəki "Zaqatala"nın qonağı olacaq. Lider "Qəbələ" isə 5-ci pillədəki MOİK-lə qarşılaşacaq.

 

"Qəbələ" bugünkü matçların nəticələrindən asılı olaraq çempionluğu rəsmiləşdirə bilər. Hazırda əyalət təmsilçisinin 55, "İmişli"nin 41, "Karvan"ın isə 40 xalı var.

 

"Karvan" və "İmişli" heç-heçə edərsə və ya məğlub olarsa, "Qəbələ" uduzsa belə, çempionluq qazanacaq. "Qəbələ"nin qalib gələcəyi halda isə "Karvan" və "İmişli"nin matçlarındakı nəticələr əhəmiyyət kəsb etməyəcək.

 

25 aprel (cümə)

17:00. "Karvan" – "Cəbrayıl" 
Hakimlər:
 Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu 

 

17:00. "Zaqatala" – "İmişli"
Hakimlər:
 Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu

 

18:00. "Qəbələ" – MOİK 
Hakimlər: 
Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu