"Atletiko" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək. Sport24.az xəbər verir ki, La Liqa nəhəngi "Sportinq"in kapitanı Morten Yulmannın keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Atletiko" danimarkalı futbolçu üçün Portuqaliya klubuna 40 milyon avro və bonuslar ödəyəcək. 25 yaşlı dayaq yarımmüdafiəçisi Madrid klubu ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Sportinq" Morten Yulmannı 2023-cü ilin yayında "Leççe"dən 19,5 milyon avroya transfer edib. Danimarka millisinin üzvü 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.