"Xankəndi"dən ayrılmağımın əsas səbəbi maliyyə məsələsi oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin sabiq futbolçusu Nodar Məmmədov deyib.


Azərbaycan millisinin sabiq oyunçusu artıq yeni komanda ilə anlaşdığını da bildirib: "Mənə təklif olunan məbləğ İkinci Liqada qazandığım maaşla eyni idi. Bu isə mənə sərf etmir. Çünki İkinci Liqada çıxış etməklə yanaşı, akademiyada da məşqçi kimi çalışıram. Birinci Liqadan gələn təklif elə səviyyədə olmalıdır ki, məşqçilik fəaliyyətimdən imtina edim. Belə olmayacaqsa, niyə razılaşmalıyam? Artıq II Liqada çıxış edəcək Sabirabad təmsilçisi "Marafon"la müqavilə imzalamışam".

Qeyd edək ki, "Marafon" yeni mövsümdə İkinci Liqada çıxış edəcək.