İspaniya millisinin futbolçusu Pau Kubarsi DÇ-2026-da Fransaya qalib gəldikləri yarımfinal oyunundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, müdafiəçi komandanı tənqid edənlərə cavab verib:

 

"Müdafiəçilərimiz və qapıçılarımız çox tənqid olunurdu. Hərə bir fikir deyirdi. Mundialda finala qədər cəmi bir qol buraxmışıq. Məncə, bir çox insanın ağzını yumduq".

 

İspaniya finalda Argentina – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Matç bu gün, saat 23:00-da start götürəcək.