"Real"ın sabiq yarımmüdafiəçisi Toni Kroos yoxluğu "Barselona"nın oyununa ciddi təsir göstərən futbolçunun adını açıqlayıb. Sport24.az xəbər verir ki, almaniyalı veteran yarımmüdafiəçi İniqo Martinesin gedişinin Kataloniya təmsilçisinə mənfi təsir etdiyini bildirib:

 

"Barselona" üçün İniqo Martines çox vacib oyunçu idi. O, müdafiədən top çıxarmaqda ən yaxşısıdır. Bəlkə də ən sürətli deyil, amma mükəmməl bir ilk ötürməyə malikdir. Bu, "Rea""a qarşı oyunda aydın hiss olunurdu. Komanda pressinq qarşısında çətinlik çəkirdi. Onun yerini doldura bilmədilər".

 

Qeyd edək ki, İniqo Martines yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubuna keçib. "Barselona" La Liqanın 10-cu turunda "Real "a səfərdə 1:2 hesabı ilə məğlub olub.