Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası Çempionlar Liqasında növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyada "Radniçki"nin qonağı olub.

 

Təmsilçimiz ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.

 

Mərhələni keçə bilməyən "Azərreyl" CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.