PSJ-nin futbolçusu Lukas Beraldo komandadan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, braziliyalı müdafiəçi bu mövsüm az forma şansı qazanmasından narazıdır.

 

Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

 

Beraldo yanvar ayında ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Braziliya millisinin üzvü DÇ-2026 öncəsi daha çox oynamaq və yaxşı formada olmaq üçün başqa kluba icarəyə verilməsini istəyir. Baş məşqçi Luis Enrike futbolçunun istəyinin əleyhinə deyil.

 

Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında ölkəsinin "San Paulo" klubundan 20 milyon avroya transfer edib. 21 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.