Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Anton Krivotsyukun komandası - “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Daequ”nun qonağı olub. Matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 1:0.

İki tur öncə qırmızı vərəqə aldığı üçün cəzalı olan Anton bu görüşün də iştirakçısı olmayıb.

“Daejeon” hazırda 14 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.