Kriştianu Ronaldo qollarının sayını daha da artırıb. Sport24.az xəbər verir ki, portuqaliyalı forvard Səudiyyə Ərəbistanı çempionatında növbəti qolunu vurub. 

 

"Əl-Nəsr"in portuqaliyalı ulduzu "Əl İttihad"a qarşı keçirilən matçda komandasının yeganə qoluna imza atıb. Ronaldo 57-ci dəqiqədə Angelonun ötürməsindən sonra fərqlənib. Bununla da 39 yaşlı forvard qollarının sayını 916-ya çatdırıb. 

 

Lakin bu qol "Əl-Nəsr"i məğlubiyyətdən xilas etməyib. Benzema və Berqveynin fərqlənməsi "Əl İttihad"a 2:1 hesablı qələbə qazandırıb. 

 

Qeyd edək ki, Kriştiano Ronaldo daha əvvəl hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.