"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Pro Liqanın 23-cü turunda "Əl-Həzm"i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra gələcəyi ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, bu oyunda dublla yadda qalan ulduz futbolçu Səudiyyə Ərəbistanında xoşbəxt olduğunu vurğulayıb:
"Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada oynamağa davam etmək istəyirəm. Bu ölkə məni, ailəmi və dostlarımı qəbul edib. Mən burada xoşbəxtəm və qalmaq istəyirəm".
Qeyd edək ki, 41 yaşlı Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində 22 oyunda 20 qol vurub. Komanda hazırd turnir cədvəlində 21 oyundan 52 xalla üçüncü yerdədir. Zirvədə isə 53 xalla "Əl-Hilal" qərarlaşıb.