KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici görüşdə ABŞ-ı 2:1 hesabı ilə məğlub edən Meksika kuboku başı üzərinə qaldırıb.
Meydan sahiblərinin heyətində Kris Riçards fərqlənib. Meksikalıların qollarının müəllifi isə Raul Ximenez və Edson Alvares olub.
Qeyd edək ki, bu, Meksikanın turnirdə 13-cü qələbəsidir. Tarixində 14-cü dəfə final oynayan ABŞ bunun 7-də qalib gəlsə də, 7-dən məyus ayrılıb.