"Juventus"un yarımmüdafiəçisi Duqlas Luis Premyer Liqaya qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Turin klubunun planlarına daxil olmayan 27 yaşlı braziliyalı ilə "Mançester Yunayted", "Everton" və "Fulhem" maraqlanır.

 

Qeyd edək ki, Luis 2019-2024-cü illərdə "Aston Villa"nın formasını geyinib. Yarımmüdafiəçi ötən mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 27 oyun keçirib.