Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq. Sport24.az xəbər verir ki, ağdamlılar Ukrayna "Metallist"i (Xarkov) ilə üz-üzə gələcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.
Qeyd edək ki, Qurban Qurbanovun komandası mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama matçında "Zirə"yə böyük hesabla (4:0) qalib gəlib.