David Ançelotti "Botafoqo"nun yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər 35 yaşlı italiyalı ilə müqaviləni razılaşdırıblar. Əldə olunan razılığa əsasən anlaşmanın müddəti 2026-cı ilin dekabrına kimi nəzərdə tutulub. David Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.
Qeyd edək ki, David iyunun əvvəlindən Braziliya millisinin məşqçilər korpusunda yer alıb. Bundan əvvəl o, atası ilə birlikdə PSJ, "Bavariya", "Everton", "Napoli" və "Real"da çalışıb.