UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, "Çelsi" səfərdə "Legiya"nın, "Fiorentina" isə "Sele"nin qonağı olacaq.
"Rapid" İsveçdə "Yuroqrdenlə qarşılaşacaq. "Betis" isə doğma meydanda Polşa "Yagelloniya"sını qəbul edəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılşamaları aprelin 17-də keçiriləcək.
UEFA Konfrans Liqası
1/4 final, ilk oyunlar
10 aprel
20:45. "Legiya" (Polşa) - "Çelsi" (İngiltərə)
23:00. "Betis" (İspaniya) - "Yagelloniya" (Polşa)
23:00. "Sele" (Sloveniya) - "Fiorentina" (İtaliya)
23:00. "Yurqorden" (İsveç) - "Rapid" (Avstriya)