Fransanın "Lill" klubunun prezidenti Olivye Letanq fransalı hücumçu Conatan Devid ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, funksioner adı İngiltərə klubları ilə hallanan futbolçunun yanvarda komandadan ayrılmayacağını deyib:
"Devid yanvarda komandadan ayrılmayacaq. Ona yeni müqavilə təklif etmişik və hər şey özündən asılıdır".
Conatan bu mövsüm 19 oyunda 13 qol vurub.