"Real"ın hücumçusu Kilian Mbappe ən çox peşəkar keyfiyyətləri öyrəndiyi oyunçunun adını çəkib. Sport24.az xəbər verir ki, fransız ulduz bu barədə "Sorare"yə verdiyi müsahibədə bildirib.
Fransalı hücumçunun kumiri heç də ehtimal olunduğu kimi Kriştiano Ronaldo deyil, "Monako"da birlikdə oynadığı kolumbiyalı hücumçu Radamel Falkao olub:
"Mən ən çox Falkaodan öyrəndim. Hücumçu üçün onun kimi bir oyunçu ilə birlikdə oynamaq əvəzsizdir.
Falkao öz təcrübəsini bölüşmək istəyirdi və mən də ona böyük həvəslə qulaq asırdım. Öyrənməyə hazır idim və ondan çox şey öyrəndim".