PSJ-nin və "Real"ın keçmiş qapıçısı Keylor Navas karyerasını Çilidə davam etdirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb. 

 

Hazırda azad agent statusu daşıyan 38 yaşlı qolkiper "Boka Xuniors"la danışıqlar aparırdı. Lakin tərəflər razılığa gələ bilməyiblər.

 

Məlum olub ki, Navas Çilinin "Kolo-Kolo" klubuna keçməyə yaxındır. 

 

Qeyd edək ki, Keylor Navasın son klubu PSJ olub. O, 2019-2024-cü illərdə Paris təmsilçisinin formasını geyinib. Futbolçu bu müddət ərzində bütün turnirlərdə 115 matça çıxıb, 52-də qapısını toxunulmaz saxlayıb.