"Napoli" Kevin De Bruyne üçün Səudiyyə Ərəbistanından gələn bütün potensial təklifləri nəzərdən keçirməyə hazırdır. "Mançester Siti"nin keçmiş oyunçusu da Avropadan kənara yollanmağa isti yanaşır. Sport24.az xəbər verir ki, bu barədə "Il Mattino" məlumat yayıb. 

 

De Bruyne oktyabr ayında əməliyyat olunub və marta qədər meydanlara qayıtması gözlənilmir. Mənbənin sözlərinə görə, belçikalı ümid edir ki, Səudiyyə Ərəbistanına yollanmaqla yayda keçiriləcək dünya çempionatına daha yaxşı hazırlaşa bilər. 

 

Qeyd edək ki, Kevin De Bruyne ötən yay "Napoli"yə azad agent kimi qoşulub. O, oktyabr ayında ciddi bud zədəsi almadan əvvəl bütün yarışlarda 11 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.