"Əl-Hilal"ın ulduz hücumçusu Kərim Benzema təxminən iki həftə meydana çıxmayacaq. Sport24.az xəbər verir ki, bu barədə Sudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.

 

38 yaşlı fransız futbolçunun əzələsində zədə aşkarlanıb. İnsayder Fabrisio Romanonun sözlərinə görə, Benzema ən azı 10-15 gün meydandan kənarda qalacaq.

 

Qeyd edək ki, hücumçu bu ilin fevralında "Əl-İttihad"dan "Əl-Hilal"a transfer olunub. Fransız futbolçu yeni klubunda üç oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.