"Flamenqo" klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda "Esperans"ı 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "Linkoln Faynenşel Fild" stadionunda baş tutan görüşdə Braziliya klubunun heyətində Corcian De Arraskaeta və Luis Araujo fərqlənib.
Qeyd edək ki, iyunun 20-də keçiriləcək növbəti turda "Flamenqo" "Çelsi" ilə, "Esperans" isə iyunun 21-də "Los-Anceles"lə qarşılaşacaq.