İtalyanın "İnter" klubu yay "transfer pəncərəsi"ndə Alessandro Bastoni ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzeta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "neradzurri" maliyyə baxımından gəlir əldə etmək və heyəti yenidən qurmaq məqsədilə bəzi futbolçularını transferə çıxara bilər. Rəhbərlik satış üçün əsas namizəd kimi məhz Bastonini görür.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi bu mövsüm "İnter"in heyətində 35 oyunda meydana çıxıb 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.