Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi keçirilib. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məşğələlərə baş təlimatçı Faiq Əzizov, təlimatçılar Üzeyir İbrahimov və Vitaliy Kovalyov rəhbərlik ediblər.