İngiltərənin "Liverpul" klubu İtaliya təmsilçisi "İnter"də çıxış edən futbolçu Alessandro Bastonini transfer etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Mersisayd təmsilçisi 26 yaşlı müdafiəçi ilə yaxından maraqlanır.
Mümkün keçid təxminən 100 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, Bastoni 2025/2026 mövsümündə 17 matçda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.