"İnter" "Marsel"in hücumçusu Luis Enrikenin transferi üçün şifahi razılıq əldə edib. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

 

Bir müddət əvvəl tanınmış insayder Fabrizio Romano Fransa klubunun 23 yaşlı braziliyalını 30-35 milyon avroya buraxmağa hazır olduğunu bildirmişdi. Onun "Marsel"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, Enrike bu mövsüm meydana çıxdığı  32 matçda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.