İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini "Los-Anceles"in həmsahiblərindən biri olub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Veteran futbolçu bununla bağlı açıqlama da verib:

 

"Los Angeles" həmsahiblərindən biri olmaq mənim üçün böyük şərəfdir. Üç il əvvəl bir oyunçu kimi buraya gələndə dərhal hiss etdim ki, bu klubda xüsusi nəsə var.

Bu, görkəmli insanlar tərəfindən yaradılan və cəmiyyət tərəfindən dəstəklənən iddialı bir təşkilatdır. Buna görə də keçən il arzumu bildirdim və indi bu yolu davam etdirməkdən, dərindən inandığım layihəni dəstəkləməkdən qürur duyuram".

 

Qeyd edək ki, 40 yaşlı veteran futbolçu karyerasını 2023-cü ildə "Los-Anceles"də başa vurub. 2024-cü ildə "Los-Anceles"də məşqçi kimi çalışıb.