Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti matçları keçirilib. Sport24.az xəbər verir ki, iki qarşılaşmanın baş tutduğu oyun günündə "Azərreyl" "Gənclər"i 3:1 hesabı ilə məğlub edib.

 

"Abşeron" kollektivi isə "Gəncə"ni 3:2 hesabı ilə üstələyib.

 

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.